Şahin Diniyev: "Coşquna dedim ki, burnundan gəlsin"

18 Sentyabr 2017 14:56 (UTC+04:00)

Gəncənin "Kəpəz" klubu Topaz Premyer Liqasının V turu çərçivəsində “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası açıqlamasında rəqibin "Qarabağ" olduğunu nəzərə alaraq, futbolçularından razılıq edib:

“Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdür. Elitar rəqiblərlə kiçik komandalar arsında əsas fərq səhvlərdən istifadə etmək bacarığındadır. Öz səhvlərimizdən qollar buraxdıq. İkinci hissədə rəqibi əks-hücumlarda yaxalaya bilərdik. Futbolçularımdan razıyam, bacardıqlarını ortaya qoydular. “Qarabağ”ı təbrik edirəm".

Qapılarına qol vuran oğlu Coşqunla bağlı suala isə belə cavab verib:

"Ötən dəfə Coşquna demişdim ki, evə gəlmə, bu dəfə dedim ki, burnundan gəlsin. Elə bil ona yemək verməmişəm. Topa elə zərbə vurdu ki, sanki 20 il dustaqxanada saxlamışam (gülür).