Sərhəddi "donuz qripi"nə yoluxmuş şəxslər keçməyib
1 Mart 2013 15:56 (UTC+04:00)
"Ölkədə "donuz qripi"A/H1/N1 virusu ilə bağlı heç bir təhlükə
yoxdur. İndiyədək Azərbaycanda qripin bu növünə yoluxma halı da
aşkarlanmayıb. Sərhəd keçid məntəqələrindən də belə ağır xəstələr,
donuz qripinə yoluxmuş şəxslər gətirilməyib".
Bu sözləri Movqe.az-a açıqlamasında Gigiyena və
Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva söyləyib.
A. Əliyeva deyib ki, Taun Əleyhinə virusoloji laborotoriya var:
"Biz həddindən yüksək hərarət və öskürmə ilə müşahidə olunan kəskin
respirator xəstələri stansiyanın bu laborotoriyasında qripin növünə
görə müayinə edirik. Əgər A/H1/N1 virusu aşkarlanarsa dərhal tədbir
görülür".
A.Əliyeva Gürcüstan və Rusiya sərhədindən də belə xəstələrin
Azərbaycana keçməsinin müşahidə olunmadığını söylədi: "Sərhəd-keçid
məntəqələrində tibbi məntəqələr var. Oradan ağır xəstəliyi olanlar
müayinədən sonar ölkəyə buraxılır. Bizə də miqrantlardan ağır
xəstəliklə müraciət edəni olmayıb".