Neymar və Kavani soyunma otağında pul üstündə əlbəyaxa olub

19 Sentyabr 2017 09:50 (UTC+04:00)

Fransanın PSJ klubunun Braziliya və uruqvaylı futbolçuları Neymar və Kavani pul üstündə əlbəyaxa olublar.

"Report" xəbər verir ki, insident "Lion" üzərində qazanılan 2:0-lıq qələbədən sonra soyunub-geyinmə otağında baş verib.
Lakin komanda yoldaşları, xüsusilə də, Tyaqo Silva və Markinyos onları dava etməyə qoymayıblar.
Kavaninin müqaviləsində mövsümün sonunda çempionatı ən yaxşı bombardir kimi bitirəcəyi təqdirdə uruqvaylıya təqribən 1 milyon avro veriləcəyinə dair bənd yer alıb.
Qeyd olunur ki, ötən mövsümlərdə PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç bombardirlər siyahısında birinci yeri tutduğuna görə 1,5 milyon avro alıb.