Antarktikada böyük meteorit tapıldı
1 Mart 2013 17:47 (UTC+04:00)
Antarktika qitəsinin şərqinə son 25 il ərzində düşən ən böyük
meteorit tapılıb. Movqe.Az-ın
məlumatına görə, Mərkəzi Brüsseldə olan Beynəlxalq Qütb Təşkilatı,
18 kiloqram ağırlığındakı meteoritin dünyaya ən çox düşən "çınqıllı
meteorit'' növündən olduğunu bildirib. Elm adamları, "Belçika
Şahzadəsi Elisabet Antarktika Araşdırma Mərkəzi"nin 140 kilometr
cənubunda 2 min 900 metr yüksəklikdə 40 gün ərzində kəşf gəzintisi
təşkil etdiklərini və bu müddətdə 425 meteorit tapdıqlarını
söyləyiblər. 18 kiloqramlıq meteoritin, qitənin şərqində 1988-ci
ildən bu yana tapılanların ən böyüyü olduğu, bunun xaricində qitə
daxilində 2005-ci ildə 21,5 kiloluq başqa bir meteoritin də olduğu
qeyd edilib. Antarktikada 1976 və ya 1977-ci ildə kəşf edilən və
ağırlığı 407 kiloqram olan meteorit, bu günə qədər qitədə olanların
ən böyüyü olma xüsusiyyətini daşıyır.