Tramp fövqəladə vəziyyət elan etdi

19 Sentyabr 2017 12:49 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp "Mariya" qasırğasına görə Vircin adalarında fövqəladə vəziyyət rejimi elan edib.

Movqe.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, fövqəladə vəziyyət rejimi təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına federal yardım göstərilməsi üçün elan edilib.

Qeyd edək ki, dördüncü kateqoriyaya qədər güclənən “Mariya” qasırğası Vircin adalarına yaxınlaşır. Hazırda qasırğanın episentrində küləyin sürətisaatda 215 kilometrə çatır.