Azərbaycan prezidenti bu gün BMT Baş Assambleyasında çıxış edəcək

20 Sentyabr 2017 10:36 (UTC+04:00)

BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas debatlar çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin bu gün çıxışı gözlənilir.

 
Movqe.az-ın məlumatına görə, dövlət başçısı Nyu-York vaxtı ilə səhər saatlarında (Bakı vaxtı ilə axşam) çıxış edəcək.
 
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasının açılış mərasimi sentyabrın 12-də keçirilib.
 
Dövlət və hökumət başçıları və digər rəsmi şəxslərin iştirakı isə əsas debatlar sentyabrın 19-u başlayıb və 25-nə kimi davam edəcək.