Yevlaxda kanaldan qadın cəsədi tapıldı

20 Sentyabr 2017 11:23 (UTC+04:00)

Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
 
Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.