Bakıda evdən 7 minlik qızıl oğurlanıb

20 Sentyabr 2017 12:54 (UTC+04:00)

Bakıda evdən xeyli qızıl oğurlamış şəxs tutulub.

Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki evlərdən birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Süleymanov tutulub. Araşdırma aparılır.