Olland son 30 il ərzində Fransanın ən qeyri-populyar prezidenti kimi tanındı

1 Mart 2013 17:19 (UTC+04:00)

Fransızların hökumət başçısına inam səviyyəsi cəmi 30 faiz təşkil edir.

Fransa prezidenti Fransua Ollanda dövlət başçısı kimi inam səviyyəsi minimuma enib və cəmisi 30 faiz təşkil edir. 

TNS Sofres-in Le Figaro jurnalı üçün apardığı tədqiqatın nəticələrinə görə, Olland 1981-ci ildən bəri Fransanın ən qeyri-populyar prezidenti olub. Bir ay əvvəl aparılmış sorğu ilə müqayisədə Ollanda inam reytinqi 5 faizə qədər azalıb. Reuters-in verdiyi məlumata görə, fransızların dövlət başçısına bu cür münasibəti, çox güman ki, iqtisadi, problemlər və işsizliklə bağlıdır. Əlavə edək ki, baş nazir Jan Mark Eyroya inam səviyyəsi də 5 faiz azalaraq 28-ə bərabər olmuşdur. Qeyd edək ki, sorğuda min nəfər iştirak edib.