Ərdoğan: Türkiyə Rusiyadan S-600 zenit-raket kompleksi ala bilər

21 Sentyabr 2017 11:42 (UTC+04:00)

Zərurət yaranacağı halda, Türkiyə Rusiyadan S-600 zenit-raket kompleksi (ZRK) ala bilər.

Trend-in məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin özünümüdafiə hüququ var və heç bir ölkənin ona göstəriş verməyə haqqı yoxdur.

O qeyd edib ki, Rusiya ZRK-larının alınması məsələsi Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı müzakirə olunacaq.