Nardaran sakini silahını polisə təhvil verib

21 Sentyabr 2017 12:27 (UTC+04:00)

Sabunçu rayonunun Nardaran qəsəbə sakini silahı polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, aparılan profilaktik tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ülvi Məmmədov atasından qalmış 1 ədəd “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.