Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi

21 Sentyabr 2017 14:59 (UTC+04:00)

Prezident İlham Əliyev Elçin Quliyevin "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilsin.