Rusiyada otel yanır - İnsanlar özünü eyvandan atır - VİDEO - FOTO

21 Sentyabr 2017 17:24 (UTC+04:00)

Rusiyada oteldə yanğın olub.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın Rostov-na-Donda 10 mərtəbəli binada qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, alov qısa zamanda ətrafa yayılıb və ərazidə dayanmış 4 maşın yanıb. Bildirilir ki, yanğın təxminən 800 kvadratmetr ərazini əhatə edir.

Sosial şəbəkədə yayılan görüntülərdə insanların yanğından qaçmaq üçün özlərini hündür mərtəbədən atdıqları görünür.

FHN-nin Rostov əyaləti üzrə Baş İdarəsinin nümayəndəsi bir nəfərin öldüyünü açıqlayıb.