Gədəbəydə dəhşətli qətl: Oğul ata və anasını öldürüb

22 Sentyabr 2017 12:36 (UTC+04:00)

Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib.

DİN-dən Movqe.az-a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.