"WhatsApp" "Facebook"-a birləşir

22 Sentyabr 2017 15:19 (UTC+04:00)

Məşhur sosial media nəhəngi "Facebook" 1 milyarddan çox aktiv istifadəçisi olan "WhatsApp" mesajlaşma platformasını da özünə birləşdirməyə hazırlaşır. Movqe.az xəbər verir ki, hazırda Danimarkada bəzi istifadəçilərə təklif olunan bu xüsusiyyət mobil versiyada tez-tez istifadə edilən adın altında görünən "WhatsApp" düyməsiylə mövcuddur. Bu düymə basılarsa, "Facebook"dan ayrılmadan da "WhatsApp'a istifadə etmək mümkün olacaq. 

Qeyd edək ki, sosial media nəhəngi "Facebook" bundan əvvəl "Instagram"ı da mobil platformasında  əlavə edib. Hazırda bu xüsusiyyətdən məhdud sayda insan istifadə edə bildiyindən onun haqqında dəqiq məlumat yoxdur.

Mübariz Bayramov