Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə ölüb

22 Sentyabr 2017 17:24 (UTC+04:00)

Həbsdə olan bələdiyyə sədri vəfat edib.
 
Movqe.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.
 
Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.