"Bu cür Avropa çempionatına görə Azərbaycana təşəkkürümü bildirirəm" - FOTO

23 Sentyabr 2017 14:30 (UTC+04:00)

Movqe.az bildirir ki, bunu Trend-ə eksklüziv müsahibədə CEV-in vitse-prezidenti Özkan Mutlugil deyib.

Avro-2017-nin Bakı hissəsindən danışan vitse-prezident matçların keçirildiyi zaldan məmnun qaldığını bildirib.

Ö.Mutlugil Gürcüstanla birgə bu layihəyə göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib: "Azərbaycan Prezidenti İlham Əliyev turnirin axşam sessiyasında matça təşrif buyurdu. Bu, bizim üçün böyük şərəfdir. Mən də Avropa çempionatının startında inamlı qələbəyə görə Azərbaycan milli komandasını təbrik edirəm".