Bakıda metronun qarşısında yıxılan şəxs ölüb

23 Sentyabr 2017 13:35 (UTC+04:00)

Bakı şəhərində bir nəfər yıxılaraq ölüb.

 

Movqe.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Nəsimi rayonunda, 28 May metrostansiyasının qarşısında baş verib.

 

Şahidlər bildirib ki, bir kişi metronun qarşısında yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

22-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Həmin şəxsin kimliyi və ölüm səbəbi araşdırılır.