Heyvanlar haqda yeni kəşf

2 Mart 2013 13:55 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ Braziliyalı elm adamları heyvanlar arasında telepatik ünsiyyətin təmin edilə biləcəyini açıqlayıb. ABŞ, Şimali Karolinadakı Dük Universitetinin Professoru Miguel Nikolelis rəhbərliyində edilən işdə, fərqli iki qutuya qoyulan iki siçanın beyinlərinə mikroskopik elektrodlar yerləşdirilib. Elektrodlar sayəsində bir siçanın fərqli qəfəsdəki digər siçana əmrlər verdiyi görülüb. İlk qutuda olan "kodlayıcı" siçan, fiziki işarələri izləyərək tapdığı mükafat yeməyinin harada olduğu məlumatını, digər qutuda olan "kod həll edici" siçana ötürür. Kod həll edici siçan isə başqa heç bir köməkçi məlumat olmadan gələn "məlumat" sayəsində öz qutusunda olan yeməyə çatır. Alimlər "dönüş nöqtəsi" olaraq şərh etdikləri işi, yalnız beyin gücü istifadə edilərək aktivləşdiriləcəyinin isbatı olaraq görür.