FHN-in helikopteri Gürcüstandakı yanğını söndürür

24 Sentyabr 2017 15:49 (UTC+04:00)

Gürcüstan hökümətinin müraciətinə əsasən Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərib.

Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.