Tiflisdə könüllülər Saakaşvili üçün mühafizə dəstələri yaradırlar

2 Mart 2013 14:45 (UTC+04:00)
Gürcüstanın sosial şəbəklərində "Mən səni qoruyaram prezident!" sloqanı altında mühafizə xidmətindən imtina edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin təhlükəsizliyini öz üzərinə götürmək istəyən konüllülərin kampaniyası başlanıb. 

Movqe.az bildirir ki, bu kampaniyanın təşkilatçıları prezidentə dəstək verməyə çağırıblar.
"Dövlət başçısının cangüdəni yoxdur. Kim prezidenti qorumaq istəyirsə, bizim sıralarımıza yazılsın" deyə könüllülər çağırış ediblər.

Bu milli dostluğa artıq 1000 nəfərdən çox insan daxil olub. Gələn həftədən sözügedən mobil dəstənin prezident Saakaşvilini iqamətgahında və hər bir yerdə qorumağa başlaması planlaşdırılır.