Göygöl rayonunda yanğın olub

25 Sentyabr 2017 10:34 (UTC+04:00)

Göygöl rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, rayonun Üçtəpə kəndində ümumi sahəsi 986 kv.m olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 8 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.