Balidə vulkan həyəcanı - 42 min adam təxliyə edildi

25 Sentyabr 2017 13:38 (UTC+04:00)

İndoneziyanın Bali adasında Aqunq vulkanının fəallaşması ilə əlaqədar artıq bir neçə gündür ki, sakinlərin təxliyəsinə başlanılıb. Movqe.az-ın məlumatına görə, vulkan hələlik püskürməsə də, fəallığı nəzər alaraq sakinlər könüllü şəkildə təxliyə olmağa razılıq veriblər.

Son məlumata görə, artıq 42 min sakin təhlükəli ərazilərdən təxliyə edilib.

Qeyd edək ki, Aqunq vulkanı avqust ayının ortalarında fəallaşsa da, sonradan sakitləşmişdi.

Son günlər ərzində isə fəallığın yenidən artdığı bildirilib.

Trend