Prezident İlham Əliyev turizmin inkişafında xidmətləri olan şəxsləri təltif etdi

26 Sentyabr 2017 17:55 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Qılıncov Bəxtiyar Vaqif oğlu

"Tərəqqi" medalı ilə

Ağakərimov Müzəffər Mehdi oğlu

Əliyev Zakir Haşım oğlu

Qədəşov Tahir Ərziman oğlu

Yusufov Rüfət Teymur oğlu.