"Azərbaycan Uzaq Şərqdən gələn turistlərin sayında artım gözləyir"

27 Sentyabr 2017 13:38 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə məlumat verib.

Ə.Qarayev deyib ki, Çinin turizm şirkətlərinin Azərbaycana marağı var: "Amma çinli turistlər fərqlidir. Onları qarşılamağa başqa mühit lazımdır. Onları peşəkar şirkətlər qəbul edə bilər".