“9103” sizi birbaşa Səhiyyə nazirliyinin aidiyyatı şöbəsinə qoşacaq

4 Mart 2013 11:25 (UTC+04:00)
Azərbaycanın Səhiyyə Nazirliyi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırılması və əhali ilə bir başa əlaqəni daha da sadələşdirilməsi məqsədi ilə yeni, qısa əlaqə nömrəsi istifadəyə verib. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Səhiyyə nazirliyinin istifadəyə verdiyi birbaşa "9103" əlaqə nömrəsi əhaliyə Səhiyyə Nazirliyinin bütün şöbələri ilə əlaqə yaratmaq imkanı verəcək.