Antarktika buzlarının ərimə təhlükəsi

26 Aprel 2012 12:22 (UTC+04:00)

Vaşinqton AP( Associated Press) verdiyi məlumata görə, Anrtaktika qitəsində böyük buz parçalarının getdikcə kiçilməsi müşahidə olunub. Belə ki, buz parçalarının getdikcə əriməsinə yerin altındakı isti su təsir göstərir. Bunun nəticəsində, gələcəkdə dəniz səviyyəsinin daha surətlə qalxması gözlənilir.

Antraktikanın qərb hissəsi hər il enli buz zolaqlarını itirməkdədir.İndiyə qədər alimlər bunun necə baş verdiyindən və süni qlobal istiləşmənin buna necə təsir etdiyindən tam əmin deyildi. Tədqiqatlara müvafiq olaraq, çərşənbə axşamı nəşr olunan "Nature" jurnalındakı məlumatlara görə, bu hadisəyə iqlim dəyişikliyinin səbəb olması ikinci dərəcəli rol oynayır, amma geniş nəticələr Antraktida buzunun yalnız isti hava nəticəsində əriməsini göstərir.

Britaniya Antarktika Tədqiqatı üzrə qlasioloq Hamiş Priçard Nasa peykinin buzla bağlı tədqiqatına əsaslanaraq bildirib ki,Antraktikada baş verən bu hadisəyə yalnız isti hava təsir edə bilməz. Daha ətraflı ekspertizalar, bunun səbəbini buz qatlarının yığılması kimi izah edib. 

İyirmi buz qatının kiçilməsinin yealtı isti sular nəticəsində baş verdiyi göstərilib.

Külək cərəyanlarındakı dəyişikliklər, isti suyun üzən buz qatlarının altına yaxınlaşmasına səbəb olur. 

Yerli Buz və Qar Məlumat Mərkəzindən olan ekspert  Ted Skambos isə bildirirb ki, verilən bir sıra məlumatlar alimlərin Antraktikadakı ərimə hadisəsi haqqında fikirlərinin dəyişilməsinə səbəb olacaq. O qitəni dövrəyə alan isti suyun getdikcə daha başqa ərazilərin yığılmasına səbəb olacağından çoz narahatdır.


Ziba Yusifova

Mövqe.az