Müslüm Gürses afrikalıları da kədərləndirdi
4 Mart 2013 16:34 (UTC+04:00)
Sənətçi Müslüm Gürsesin vəfatı, yaşanan qıtlıq və insanlıq faciəsi
üçün kömək yığdığı afrikalıları da qəmə boğub. Movqe.Az-ın məlumatına görə, "Kimse Yok Mu" dərnəyinin
başçı köməkçisi Mətn Çetiner, dərnəyin liderliyində həyata
keçirilən "İnsanlıq Ölmədi" kampaniyasına dəstək verən sənətçiləri
ziyarət etmək üzrə İstanbulda olan Somali vətəndaşların da yasda
olduğunu söyləyib. Çetiner, sağlığında Müslüm Gürsesi xəstəxanada
ziyarət etməyi planlaşdıran somalililərin vəfat sonrası bu gün saat
13.00-da keçirilən mərasimdə iştirak etdiklərini də bildirib.
Somalidən gənclər və ailələri sonra qəbiristanlığına gedərək
Gürsesin məzarı başında dua ediblər. Müslüm Gürses və çox sayda
məşhur adam, Baş nazir Rəcəb Tayyib Ərdoğanın da telefonla
qatıldığı kampaniyada Afrika üçün 25 milyon lirədən çox kömək
yığmışdı.