Kataloniyada qanlı referendum - Xeyli yaralı və həbs edilən var - YENİLƏNİB

1 Oktyabr 2017 18:00 (UTC+04:00)

17:10

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı ən azı 337 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya hökuməti məlmat yayıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

---------

15:21

Bu gün İspaniya polisi Barselonada Kataloniyanın müstəqilliyi ilə əlaqədar keçirilən referendumda iştirak etmək istəyənlərə qarşı rezin güllədən istifadə edib.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Həftənin güzgüsü" nəşri məlumat yayıb.

Polis seçki məntəqələri yaxınlığına toplaşanlara rezin güllələrdən atəş açıb. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib. 

----------

14:17

Kataloniyada polislə toqquşmalarda 38 nəfər yaralanıb

Bu gün İspaniyanın Kataloniya muxtar əyalətində müstəqilliklə əlaqədar referendumun qarşısını almağa çalışan polislə toqquşmalar zamanı ən azı 38 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə  muxtariyyətin Səhiyyə Departamentinin "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Yaralananların əksəriyyəti yüngül xəsarət alıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.