"Facebook"dan bezdik

4 Mart 2013 16:56 (UTC+04:00)

Gənclərin ictimai mediadakı bir nömrəli məşğuliyyət halına çevrilən foto paylaşım şəbəkələri, "Facebook"a olan həvəsi azaldır. Movqe.Az-ın məlumatına görə, aparılan ən son araşdırma, gənclərin "Facebook"da foto paylaşmaq və söhbət etmək yerinə, "Instagram" və "SnapChat" proqramlarını seçdiklərini göstərib. "Albumatic" adını verdiyi bir fotoşəkil albomu tətbiqi yaradan Adam Ludvin, 25 yaşdan aşağı "Facebook" istifadəçiləri üzərində bir anket təşkil edib. "Facebook"dakı tətbiqlərin nə sıxlıqda istifadə edilməsini təsbit etmək istəyən Ludvin, "Mənə verilən standart cavab həmişə eyni idi: "Facebook"dan bezdik" ifadəsini bildirib.