Qripə yoluxmamaq üçün əllərimizi neçə dəqiqə yumalıyıq?

3 Oktyabr 2017 14:49 (UTC+04:00)

İnsan xəstəlik törədən mikroblardan tam xilas olmaq üçün əl yuyulmasına 20 dəqiqə vaxt ayırmalıdır.

Movqe.az yeniavaz.az-a istinadən bildirir ki, bu barədə Kral Əczaçılıq Birliyinin məlumatında deyilir. Ekspertlər qeyd edirlər ki, prosesin münasib davamlılığını müəyyənləşdirmək üçün taymer quraşdırmaq mütləq deyil, "Happy Birthday ti You"nu iki dəfə oxumaq kifayət edir. Araşdırmalara əsasən, bu müddət soyuqlama, qrip və mədə pozğunluğuna səbəb ola biləcək bütün virus və bakteriyaları məhv etməyə imkan verir. Əczaçıların məlumatına əsasən, əlin adi şəkildə yuyulması ishal hallarının təqribən üçdə birinin və respirator infeksiyaya yoluxma hallarının isə 16 faizinin qarşısını almağa kömək edir.