Bakıda "Land Rover" yanıb

2 Oktyabr 2017 09:00 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda "Land Rover" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.