Bu əraziləri yenidən su basdı-Bakıda

2 Oktyabr 2017 13:05 (UTC+04:00)

Atmosfer yağıntılarının intensivləşməsi Bakıda bir neçə ərazini su altında qoyub. Bu barədə Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov  məlumat verib. R. Həsənov deyib ki, yağıntıların son günlər intensiv hal alması Sabunçu rayonu Zabrat qəsəbəsi istiqamətində, Maştağada,  Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və daş karxanası adlanan ərazilərdə subasma  ilə nəticələnib. 

R. Həsənov yağıntılar davamlı olarsa son vaxtlar bataqlaşma və subasma müşahidə edilən digər ərazilərdə eyni vəziyyətin yaranacağının proqnozlaşdırıldığını söyləyib.

Zülfiyyə QULUYEVA