Las-Veqasda kazinoda atışma: ölənlərin sayı 50-yə çatdı, 200 yaralı - VİDEO - FOTO

2 Oktyabr 2017 14:52 (UTC+04:00)

14:57

Las-Veqasda ölənlərin sayı 50-yə çatıb. Yaralı sayı 200-dür. Polisin məlumatına görə, silahlı şəxs atəş açdığı otelin 32-ci mərtəbəsində öldürülüb. 

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, Las-Veqas polisi Marilou Danley adlı asiyalı qadının fotosunu Tvitter hesabında paylaşıb.

Qadının silahlı hücumla əlaqəsi olduğu ehtimal edilir. 

----------

13:09

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

APA-nın "Röyters" agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

Ölənlər arasında polis əməkdaşları da var.

---------

13:01

Las-Veqasda musiqi festivalında baş verən silahlı insident zamanı ölənlərin sayı artıb. 

Movqe.az Euronews-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölələrin sayı 20-yə çatıb. Yaralananların sayı da 20 göstərilir 

----------

11:35

Las-Veqasda musiqi festivalı iştirakçılarına atəş açan şəxs zərərsizləşdirilib.

Movqe.az-ın  APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə Las-Veqas polis departamentindən bildirilib.

Hadisə ilə bağlı Las-Veqasa uçuşlar dayandırılıb. Havalimanı bağlanıb.

Yaralanan 24 nəfərdən 12-nin durumu ağır qiymətləndirilir. İki nəfərin öldüyü təsdiqlənib.  

Məlumatlara görə, atışmada bir yox, bir neçə nəfər iştirak edib.

 

Ərazidə əməliyyat davam etdirilir.

---------

11:20

Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib. 

Movqe.az-ın məlumatına görə, bu barədə "Reuters" yerli xəstəxanaya istinadən xəbər yayıb.

Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.

Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.

----------

10:29

Las-Veqas yaxınlığında iri kazinolardan birində atışma olub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, polis insidentlə bağlı araşdırmaya başlayıb.

Son məlumata görə, atışma nəticəsində azı 20 nəfər xəsarət alıb.

Polisin yaydığı məlumatda qeyd olunur ki, "Mandalay Bay Casino" ətrafı nəzarətə götürülüb, artıq araşdırma başlayıb: "Sakinlərdən həmin rayon ərazisindən uzaq durmaları xahiş olunur".

Polis kazinoya yaxın yollarda hərəkətin məhdudlaşdırıldığını və yoxlamalar aparıldığını bildirib.