59 nəfəri öldürüb, 527 nəfəri yaralyan "tənha canavar" - Niyə, nə üçün? - FOTO

3 Oktyabr 2017 11:37 (UTC+04:00)

ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində ölkə tarixinin ən qanlı gülləbaranını törədərək 59 nəfəri öldürən, 527 nəfəri yaralayan 64 yaşlı Stiven Peddok İŞİD mənsubu olmayıb. Terror təşkilatının "Peddok aksiyadan bir neçə ay əvvəl İslamı qəbul edərək müsəlman olmuşdu" bəyanatı da yalandır.

Movqe.az milli.az-a istinadən bildirir ki, bunu Las-Veqasın şerifi Cozef Lombardo deyib.

"Hesab edirik ki, o, qanlı aksiyanı təkbaşına törədib. Peddok "tənha canavar" olub. Cinayətin motivlərini müəyyənləşdirməyə çalışırıq", - Lombardo söyləyib.