"Parisdə azərbaycanlıları döyənlərin məsuliyyətə cəlb olunmasını istəyirik"
4 Mart 2013 16:17 (UTC+04:00)
"Fransa döyülən azərbaycanlılarla bağlı Azərbaycanın rəsmi mövqeyi
ondan ibarətdir ki, məsələ dərindən araşdırılmalıdır". Bu cinayəti
törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bunu
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Elman Abdullayev ANS TV-nin "Hesabat" verilişində Mir Şahin
Ağayevin "Parisdə döyülən azərbaycanlıların məsələsi
Azərbaycan-Fransa münasibətlərinə ciddi təsir göstərə bilər. Bu
hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin, bizim rəsmi
mövqeyimiz nədən ibarətdir?" sualına cavabında bildirib.
Fransa Xarici İşlər Nazirliyinin rəsmi bəyanatının olduğunu deyən
Elman Abdullayev qeyd edib ki, hərçənd bu, çox qısa bəyanat
idi.
"İlk olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı oldu.
Azərbaycanın Fransanın həm Xarici İşlər Nazirliyinə notası oldu,
həm də Fransa Senatına müvafiq müraciət ünvanlandı. Lakin buna
baxmayaraq, hələ bu günədək Fransa parlamentinin başçısı,
prezidenti müvafiq dəyərləndirmə verməyib. Təbii ki, biz bu
məsələnin dərindən araşdırılması, o şəxslərin cinayət məsuliyyətinə
cəlb olunmasını, eyni zamanda, Fransa parlamentində bu məsələnin
kəskin şəkildə pislənməsini istəyirik",- deyə Azərbaycan XİN
sözçüsü Elman Abdullayev vurğulayıb.