Azarkeşlər Pikeni məşqi yarımçıq tərk etməyə məcbur etdilər

3 Oktyabr 2017 10:12 (UTC+04:00)

Pike DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlara hazırlaşan İspaniya yığmasının heyətində keçirdiyi ilk məşq zamanı azarkeşlərin böyük təzyiqi ilə üzləşib. Məşqi izləməyə gələn fanatlar tərəfindən fitə basılan "Barcelona"lı təzyiq qarşısında cəmi 23 dəqiqə tab gətirə bilib. Müdafiəçi təhlükəsizlik xidməti işçilərinin köməyi ilə meydanı tərk edib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, azarkeşlərin belə davranmasına səbəb Pikenin Kataloniyanın müstəqilliyi ilə bağlı referendum günü baş tutan La Liqanın 7-ci turunun “Las Palmas”la ev oyunundan sonra söylədiyi fikirlər olub. O həmin şəhərdə baş verənlərə münasibət bildirərkən göz yaşlarını saxlaya bilməmiş, lazım gələrsə İspaniya yığmasındakı karyerasına son qoya biləcəyini söyləmişdi.