Xaçmazda 61 yaşlı kişini güllələyən şəxs özünü də vurub - YENİLƏNİB

3 Oktyabr 2017 14:12 (UTC+04:00)

Xaçmaz rayonunda 61 yaşlı şəxsi güllələyən şəxs özünə də silahla xəsarət yetirib.
 
Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, rayonun Qımılqışlaq kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlunu güllələyən həmkəndlisi, 1957-ci il təvəllüdlü Məmmədseyidov Gülbala İmaməddin oğlu özünü də güllələyib.
 
O, yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
 
***
 
12.10
 
Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb. Movqe.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsində güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Ona ov tüfəngi ilə həmkəndlilərindən birinin xəsarət yetirdiyi bildirilir.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.