"Milan" və "İnter" razılığa gəldi

3 Oktyabr 2017 15:44 (UTC+04:00)

"Milan" və "İnter" yeni stadion tikmək əvəzinə "San Siro"nu rekonstruksiya etmək qərarına gəlib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, hər iki klubun nümayəndəsi Milanın meri Cüzeppe Sala ilə görüşüb müzakirə aparıblar. Sala hər iki klubun yenidənqurma üçün vəsait ayırmağa razı olduğunu təsdiqləyib. "Rossoneri" daha öncə şəhərin Portello ərazisində yeni stadion tikməyi planlaşdırsa da, daha sonra fikrindən daşınıb.

"İnter" və "Milan" 1955-ci ildən ev oyunlarını "San Siro"da keçirirlər.