HƏMAS Liviya raketlərini qəbul etməkdən imtina etdi

4 Mart 2013 16:38 (UTC+04:00)

Terrorist qruplaşması olan HƏMAS iddia edir ki, bu yaxınlarda Liviyada hərbi bazalardan gətirilmiş raketləri qəbul etməkdən imtina edib.

Həmas təsdiq edir ki, SAXAL-a anbarların və raketlərin yerini müəyyən etməyə imkan verə bilən silahla dolu yüklər İsrailin elektron casusluq qurğuları ilə doldurulmuşdur. 

Bu haqda, Misirin  Al-Youm Al-Sabaa qəzetinə  Qəzzaya silah qaçaqmalçılığı ilə məşğul olan mənbələri məlumat verib.

Mənbələrə görə, 28 uzaqmənzilli raket Liviyadan gətirilib və Qəzzaya daxil olmaq üçün Mərkəzi Sinayın  dağlarında gizlədilib. 

Qəzzaya göndərilməsindən bir gün əvvəl dağlara  HƏMAS-ın silah üzrə mütəxəssisi  gəlib. O, raketləri yoxlayıb və casusluq qurğuları aşkar edib.

Qəzet həmçinin xəbər verir ki, HƏMAS Sinayın bir neçə əsas qaçalmalçıları ilə əlaqəni kəsib. Çünki, tapılmış casusluq qurğuları onların gətirdiyi silahların arasında olub.