Merkel üçün “ağıllı” telefon hazırlanıb

4 Mart 2013 20:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Alman telefon şirkəti, ölkədə "Merkel-Telefonu" olaraq xatırlanan, yüksək təhlükəsiz ağıllı mobil telefon proqramı üzərində çalışır. Təhlükəsiz telefon, Baş nazir Angela Merkel hökumət üzvləri ilə yanaşı bu cür telefonlara ehtiyac duyan adamları tərəfindən istifadə edilə biləcək. Şirkətin bu cihazlardan təxminən 10 min ədəd hazırlayacağı deyilib. "Ağıllı" telefonlar üçün "mükəmməl qalxan" inkişaf etdirməyi məqsəd qoyan şirkət, bundan əvvəl hökumətə təqdim edilən təhlükəsiz telefonların yalnız sadə sənədləri göndərərkən şifrələdiyi bildirilib..Yeni telefonlarda, "GPS" "WiFi" funksiyaları ilə yanaşı "Facebook", "Twitter" kimi tətbiqlər də istifadə edilə biləcək.