Qobustanda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

3 Oktyabr 2017 17:57 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Movqe.az-ın məlumatına görə, Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.