"Cəbhət-ən-Nüsra"nın komandanlığı məhv edildi, qruplaşmanın başçısı ağır yaralandı

4 Oktyabr 2017 10:49 (UTC+04:00)

Rusiya Hava Kosmik Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyada "Cəbhət-ən-Nüsra" beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib.
 
Movqe.az APA-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, qruplaşmanın başçısı Əbu Məhəmməd əl-Culyani əllərini itirib və ağır vəziyyətdədir.
 
İ.Konaşenkov əlavə edib ki, Rusiya aviasiyası "Cəbhət-ən-Nüsra"nın 12 səhra komandirini məhv edib. Öldürülənlər arasında əl-Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var.