"İmamzadə"dəki insidentə görə 4 nəfər həbs olundu

4 Oktyabr 2017 11:24 (UTC+04:00)

Gəncə şəhərindəki "İmamzadə" məscid-kompleksində Aşura günü ictimai asayişi pozan və polisin qanuni tələblərini yerinə yetirməyən 4 nəfər saxlanılıb.

Movqe.az report-a isinadən xəbər verir ki, onlar barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.