Türkiyə ordusu 4 şəhid verdi

4 Oktyabr 2017 11:40 (UTC+04:00)

Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda terrorçular hərbçilərə hücum edib.

Movqe.az  azvision.az-a istinadən xəbər verir ki, terrorçu PKK qruplaşmasının üzvləri hərbçilərin olduğu avtomobilə əl qumbarası atıblar. Partlayış nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.

Yaralılar dərhal Yüksekova dövlət xəstəxanasına aparılıblar. Hazırda ərazidə terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.