Parisdə səfirlik qarşısında PARTLAYIŞ

4 Oktyabr 2017 12:57 (UTC+04:00)

Parisdə İordaniya səfirliyinin qarşısında motosiklet partlayıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə səfirliyin hərbi attaşesinin ofisi qarşısında baş verib.

Hazırda polis partlayışın səbəbini araşdırır.

Partlayış nəticəsində yaxınlıqdakı avtomobillər zərər görsə də, xəsarət alanların olmadığı bildirilib.