Lənkəranda kişi meyiti tapıldı

4 Oktyabr 2017 13:12 (UTC+04:00)

Lənkəranda yol kənarında naməlum kişi meyiti tapılıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, meyit Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində aşkar edilib.

Meyit müayinə olunmaq üçün Lənkəran morquna aparılıb.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.