Bakı Olimpiya Stadionu azarkeşlərin işini rahatlaşdıracaq

4 Oktyabr 2017 14:27 (UTC+04:00)

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin ediləcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu məqsədlə stadionun ərazisində yerləşən avtomobil parkından istifadəyə şərait yaradılacaq. Qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitəsi ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər. Azərbaycan - Çexiya matçı sabah saat 20.00-da start götürəcək.