Paytaxtda ölümlə nəticələnən yol qəzası olub

4 Oktyabr 2017 15:14 (UTC+04:00)

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Natiq Rüstəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ceyran Kazımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.