Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

4 Oktyabr 2017 15:31 (UTC+04:00)

Bakı şəhəri Sabunçu rayonu, Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub. 

Movqe.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı report-a təsdiqləyib.

İdarədən bildirilib ki, çalışmanın yaş həddinə çatması ilə əlaqədar həmin məktəbin direktoru Qazıbəyova Qurbantac Qurban qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Quliyev Yasin Yaqub oğlu həmin məktəbin direktoru vəzifəsinə təyin edilib.